Hollivud aktrisası Ancelina Coli və oğlu Paks Londonun Hitrou hava limanında görüntülənib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, evə gedən aktrisa uzun uçuşdan əvvəl komfortlu paltarlar seçərək rahatlığını təmin edib.
Aeroportda Ancelina təxminən 2800 dollara başa gələn italyan brendinin kişi seriyasından qəhvəyi rəngli ipək “Valentino” pijamasında peyda olub.
Bu, Colinin ümumi Fransız şərab zavodu “Chateau Miraval” ilə bağlı Bred Pittə qarşı məhkəmədə qalib gəldiyi məlum olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır.
Qeyd edək ki, Pitt Colinin payının satılması ilə bağlı sövdələşmənin ləğv edilməsini tələb edib (o, onu alkoqol biznesinin sahibi olan rusiyalı oliqarx Yuri Şeflerə satıb), lakin məhkəmə heç bir qanun pozuntusuna rast gəlməyib və aktrisanın tərəfinə keçib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:12 / 29.07.2022
Məhkəmədə ərinə qalib gələn Ancelina 2800 dollarlıq pijamada GÖRÜNTÜLƏNDİ – FOTO
Hazırda oxunan: Məhkəmədə ərinə qalib gələn Ancelina 2800 dollarlıq pijamada GÖRÜNTÜLƏNDİ – FOTO
Hazırda oxunan: Məhkəmədə ərinə qalib gələn Ancelina 2800 dollarlıq pijamada GÖRÜNTÜLƏNDİ – FOTO
86074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.