Ötən gecə 23:00-da “Space” televiziyasında yayımlanan “Sizin psixoloq” verilişində gözlənilməz hadisə baş verib.
Bizim.Media xəbər verir ki, sözügedən proqramın yayımı zamanı verilişin aparıcısı Aytac Carçıyevanın halı pisləşib.
Aparıcı proqramda qonaq olan psixoloqun çıxışını dayandıraraq “Dayana bilmirəm, efiri dayandırın. Saçı açın, başıma dəhşətli ağrı girib, ürəyim gedəcək. Bir an əvvəl bu saç açılsın” sözlərini deyib.
Aytacın sözlərindən sonra veriliş reklamlara keçid alıb. Reklam bitdikdən sonra isə aparıcı yenidən eyni saç düzümündə verilişi davam etdirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:12 / 29.07.2022
“Space”TV-nin efirində aparıcının vəziyyəti pisləşdi – VİDEO
Hazırda oxunan: “Space”TV-nin efirində aparıcının vəziyyəti pisləşdi – VİDEO
Hazırda oxunan: “Space”TV-nin efirində aparıcının vəziyyəti pisləşdi – VİDEO
86050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.