“Biznesim yoxdur. Əvvəllər bir sahə ilə məşğul olmuşam. Bir ara oxumadım. Gördüm ki, o sahədən daha çox pul gəlir. Həvəsə düşmüşdüm”.
Bizim.Media xəbər verir ki, bu sözləri illər əvvəl iştirakçısı olduğu “Azəri Star” müsabiqəsi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Məhərrəmova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Sənətçi bildirib ki, biznesi olmasa da, müğənnilikdən savayı əlavə qazanc mənbəyi kimi məşğul olduğu digər sahədən əldə etdiyi pula evlər alıb:
“Evdə çox iş görməyi xoşlamıram. Ev işlərində bacım mənə kömək edir. Bir tək yemək bişirirəm. Ev işləri görməyə çox tənbələm. Mənə de ki, get çöl işlərini gör. Bəzən kişilərin görə bilmədiyi işi daha yaxşı görürəm. Bacarığım var. Elə kişilər var ki, işi görə bilməyib, əli boş qayıdırlar. Amma mən həmin işin öhdəsindən yaxşı gəlirəm.
Bir iş oldu ki, onunla məşğul olub, gəşəng pul qazanmışam. O pula da özümə iki ev almışam. İndi də o işlə məşğulam amma çox zəifdir. Əvvəl ki qədər pul gətirmir. Həmdə evlərin qiyməti bahalaşıb”.
Qeyd edək ki, G.Məhərrəmova ərinin illərdir Ukraynada yaşadığını və orada mebel işi ilə məşğul olduğunu açıqlamışdı. Bakıya qayıtmaq fikri olmadığından müğənni yoldaşından ayrılıb. Keçmiş cütlüyün Əli adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:02 / 29.07.2022
Güneldən ETİRAF: "Müğənnilikdən başqa məşğul olduğum işdən EVLƏR ALMIŞAM" - VİDEO
Hazırda oxunan: Güneldən ETİRAF: "Müğənnilikdən başqa məşğul olduğum işdən EVLƏR ALMIŞAM" - VİDEO
Hazırda oxunan: Güneldən ETİRAF: "Müğənnilikdən başqa məşğul olduğum işdən EVLƏR ALMIŞAM" - VİDEO
86026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.