May ayında gecə saatlarında Abşeron rayon ərazisində qonşusu tərəfindən döyülən gənc aktrisa Mehin Bayramlıya qarşı tərəf təzminat ödəyib.
Bu haqda aktrisa Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib.
Mehin bildirib ki, həm fiziki, həm də mənəvi zorakılığa məruz qalmasına rəğmən qonşunun üç övladı olduğunu nəzərə alaraq, onu bağışlayıb.
“Adam qohumları vasitəsi ilə üzr istədi. Təksirkar olduğunu bildirdi və içkili olduğunu üçün heç nəyi xatırlamadığını dedi. Əslində isə “Bəli, şillə vurmuşam amma qalanı yadımda deyil” söyləmişdi.
Qohumları mənə söz verdi ki, o bir də mənim yaşadığım ərazidə görünməyəcək, çünki hazırda mən psixoloq yanına gedirəm və nə vaxtsa onu yenə görsəm, halım pisləşə bilər.
Haqqında protokol tərtib olunub və təzminat ödənilib. Onun həbs olmasını uyğun görmədim, çünki 3 uşağı var. O uşaqların atanın səhfinə görə atasızlığı yaşamalarını istəmirəm. Özüm atasızam, ona görə o hissi bilirəm”, deyə o, qeyd edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:22 / 28.07.2022
Gənc aktrisa onu döyən şəxsi bağışladı: "Onu yenə görsəm, halım pisləşə bilər" - ÖZƏL
Hazırda oxunan: Gənc aktrisa onu döyən şəxsi bağışladı: "Onu yenə görsəm, halım pisləşə bilər" - ÖZƏL
Hazırda oxunan: Gənc aktrisa onu döyən şəxsi bağışladı: "Onu yenə görsəm, halım pisləşə bilər" - ÖZƏL
85918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.