Xalq artisti Tariyel Qasımov ailə dramı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, aktyor qonaq olduğu “Onun sirri” verilişində boşandığı həyat yoldaşı və oğlunun illər əvvəl prezidentin ona bağışladığı evi satdırmağa məcbur etməsindən söz açıb.
T.Qasımov bildirib ki, onlara verdiyi pula oğlu özünə bahalı avtomobil alıb.
“2005-ci ildə məhkəmədən sonra xanımımla ayrıldım. O zaman isə Cənab Prezident mənə Xətaidə təmirli ev bağışladı. Keçmiş həyat yoldaşım eşidəndə ki, mənə ev verilib, orada yaşamaq hüququ üçün yenidən məni məhkəməyə verdi. Evin otaqların birində yaşamaq istəyirdi. Dedim ki, elə şey ola bilməz, çünki boşanmışıq və biz bir yerdə yaşaya bilmərik. Belə qərara gəldim ki, evi satım və həmin o otağın qiyməti neçəyədirsə, o pulu verim ona.
Elə də etdim, o evi satdım və pulu keçmiş həyat yoldaşıma verdim. O da özünə məndə olan “Jeep” markalı avtomobildən aldı. Amma onun avtomobili daha bahalı idi. Mən 22 minə, o isə 32 minə almışdı. Sual verdim ki, o qədər pula niyə avtomobil aldın? Görürsən ki, mən 22 minə almışam.
Sən də bu qiymətə olan avtomobil alardın və ya daha ucuz. Qalan pulu da xərcləyərdin. Oğlum isə cavab olaraq söylədi ki, “Ata, sən kimin oğlusan”.
Dedim ki, “Babanı tanımırsan? İsgəndər kişinin. O isə kolxoz sədri olub”. O isə cavab olaraq “Sən kolxoz sədrinin oğlusan, mən isə Xalq artisti Tariyel Qasımovun oğluyam. Mənim avtomobilim sənin avtomobilindən daha bahalı olmalıdır”. Prezident daha əvvəl də mənə ev vermişdi. O evi də dərhal gedib keçmiş həyat yoldaşımın adına keçirtdim. Mənim hər şeyim var. Ağstafada yaxşı ev tikdirmişəm, Bakıda da evim, həmçinin avtomobilim var”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:23 / 27.07.2022
Xalq artistindən ETİRAF: \"Evimi satıb verdiyim pula oğlum özünə maşın aldı\" - VİDEO
Hazırda oxunan: Xalq artistindən ETİRAF: \"Evimi satıb verdiyim pula oğlum özünə maşın aldı\" - VİDEO
Hazırda oxunan: Xalq artistindən ETİRAF: \"Evimi satıb verdiyim pula oğlum özünə maşın aldı\" - VİDEO
85716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.