Azər qazilərlə qalmaqallı videosundan DANIŞDI: "Onlara cibimdən 1600 manat vermişəm" – ÖZƏL/VİDEO

Hazırda oxunan: Azər qazilərlə qalmaqallı videosundan DANIŞDI: "Onlara cibimdən 1600 manat vermişəm" – ÖZƏL/VİDEO

85662

Aparıcı Azər Zahidin qazi ilə sosial şəbəkələrdə yayılan videosu qalmaqala səbəb olub. 

Bizim.Media xəbər verir ki, görüntülərdə aparıcı görmə məhdudiyyətli qaziyə zərf uzadaraq “Sən onsuz da saya bilməyəcəksən” sözlərini dilə gətirib. 

A.Zahidin bu sözləri isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar qazi ilə olan bu cür rəftarını tənqid ediblər. 

Hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı Azər Zahidlə əlaqə saxlayıb. Aparıcı sosial şəbəkələrdə yayılan videonun bütöv versiyası olduğunu, sadəcə həmin hissəni kəsib paylaşaraq onu nüfuzdan salmaq istəyən qruplaşmaların olduğunu açıqlayıb.  

“Orada üç nəfər qaziyə hərəsinə öz cibimdən 1600 manat pul vermişəm. İnsanlar yaxşı tərəfi görmürlər, çalışırlar hər şeyi pisə yozsunlar. "Sən onsuz da saya bilməyəcəksən" ifadəni işlətdiyim qazinin xalası oğlu da orada idi. Bu sözləri o məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar.

Səhifəmdə həmin video tam variantdadır. Amma sosial şəbəkədəki səhifələrin adminləri videonu montaj edib, kəsib elə paylaşıblar. Bunu edənlər isə xüsusi qüvvələrdir. Sosial şəbəkə platformalarında bir kompüterdən 20-30 “fake” (saxta) hesablar açılır. Buna “trol” qupu deyilir.
Onlar bir qüvvədir ki, paylaşımlar edib, insanın işqüzar nüfuzuna xələl gətirirlər. Onlara qoşulan “Instagram”da olan media saytları var ki, onların hamısı haqqında, bizdə onların hətta səs yazılar var, onlar “reketlik” edib pul müqabilində xəbər yazanlar var, onların hamısını qeyd edəcəyik. Xüsusi dövlət orqanlarına müraciət edəcəyəm. Bu məsələ ictimailləşəcək. “TikTok” sosial şəbəkə platformasında özümün hazırladığı verilişdə bu gecə bütün sübütları, eləcə də səs yazılarını üzə çıxardacağam.

Mənim haqqımda hətta videolar çıxardıblar ki, güya məni döyüblər və sairə. Bütün bu məsələlərə aydınlıq gətirəcəyəm.

Bu dəfələrlə olan hadisədir ki, mənim başıma gəlir. Bundan əvvəl yanvar ayında da belə bir şey olunmuşdu. Hər dəfə olan proseslərdir. İnsan həyatda hansısa işlər görürsə, onun düşmənləri, sevməyənləri, həmin qüvvələr götürüb müxtəlif xoşaqəlməz videolar paylaşırlar”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin