Meyxanaçı Vüqar restoran biznesindən DANIŞDI: "Alınmadı" - VİDEO

Hazırda oxunan: Meyxanaçı Vüqar restoran biznesindən DANIŞDI: "Alınmadı" - VİDEO

85500

“Sənət adamının pulunu qohum və ya ona yaxın olan adamlar düzgün şəkildə idarə etməlidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Verilişin aparıcısı Zaur Kamalın ona ünvanladığı “Qazandığınız pulun niyə bərəkəti yoxdur?” sualına söz xiridarı belə cavab verib. 

“Şəxsən özümdən misal çəkim. Saat 13:00-dan tez oyanmıram. Digər meyxanaçılar isə 18:00-da yuxudan durur. Axşam gedir məclisə və oradan səhərə yaxın gəlir. Gələn kimi də başını qoyur yatır.
Qazandığı pullar isə qardaşı, yeznəsi və digər şıxs çevirməlidir biznesə. Evdə o pul qalanda isə hamı gəlir onu səndən müəyyən məsələlərə görə alır. Bərəkəti yoxdur, demək düzgün olmaz. Bərəkəti var və Allah bərəkət versin. Özümüz bu işlərə qol qoya bilmərik. Həmkarım Sadıx Mustafayevlə mən dəfələrlə restoran götürüb, işlətməyə cəhd göstərmişik. Amma zaman qıtlığından bizdə bu məsələ alınmayıb”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin