Emindən ETİRAF: "Alyona ilə yenidən bir yerdəyik, atam isə onunla danışmır" - VİDEO

Hazırda oxunan: Emindən ETİRAF: "Alyona ilə yenidən bir yerdəyik, atam isə onunla danışmır" - VİDEO

85343

“Təyyarədə sifarişli oturacaqlarda uçmaq çox bahalaşıb, indi ancaq biznes-klassdır. Bu yaxınlarda Bodrumdan geri qayıdanda “ekonom” sinifinə daxil olan oturacaqda uçuş etdim. Ümumən əvvəl necə idimsə, indi də elə yaşayıram. Gündəlik həyatda hər şey sabitdir, bəzi bizneslər risk altındadır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov qonaq olduğu rusiyalı jurnalist Nadejda Streltsovayanın “YouTube” kanalında yayımlanan "Стрелец-Молодец" layihəsində deyib.

Sənətçi ikinci həyat yoldaşı model Alyona Qavrilova ilə yenidən bir yerdə olduğunu açıqlayıb.

“Yenə bir yerdəyik. Eyni çaya istədiyiniz qədər girə bilərsiniz. Artıq bir ildən çoxdur ki, barışmışıq. İndi əsas məqsədlərdən biri uşaqlarla daha çox vaxt keçirməkdir, çünki düşünürəm ki, onlar mənim diqqətimdən məhrumdurlar. Üç övladım (Əli, Mikayıl və Əminə - red.)
Bakıda məktəbə gedir, biri isə (Emin-Alyona cütlüyünün üç il əvvəl dünyaya gələn qızı Afina – red.) hazırda Alyona və mənimlə yaşayır.

Biz böyük, mehriban ailəyik. Bu yaxınlarda istirahətə getdik. Alyona və birinci həyat yoldaşım Leyla Əliyeva da orada idi. Onlar mənsiz də ünsiyyət qururlar. Hər kəsin dostluq münasibəti var. Bunun olduğuna isə çox şadam”. 

Emin atası Araz Ağalarovun Alyona ilə danışmadığını etiraf edib.  

“Atam bizim toyumuzda iştirak etmədi. Onların öz aralarında yalnız “salam-sağol”ları var. Ümumilikdə isə heç bir əlaqələri yoxdur.

Bizim ailədə hər kəs özü qərar verir. Əgər kimsə bir şeylə razılaşmırsa, deməli bu, həmin qərarı alanın problemidir... Hər kəs öz bildiyini edir. Hər bir insan sevdiyi həyatı yaşamalı və öz əməlinə görə məsuliyyət daşımalıdır. Atamla isti münasibətim var. Əgər həyat yoldaşımla münasibəti yoxdursa, bu problem deyil".
Xalq artisti övladlarının gələcək planlarına qarışıb-qarışmadığı ilə bağlı suala isə belə münasibət bildirib.

“Övladlarımın həyatında müsbət rol oynamaq istərdim. Onlar hansı peşəni seçsələr həmişə dəstək olacağam. İndi mən onları hansısa yolla süni şəkildə məhdudlaşdırmağa çalışıram, amma bu, məndə heç də yaxşı alınmır”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin