Sonaxanım ölən anası haqda: "Polisə şikayətlər yazırdı ki, güya onu ölümlə hədələyirəm" - VİDEO

Hazırda oxunan: Sonaxanım ölən anası haqda: "Polisə şikayətlər yazırdı ki, güya onu ölümlə hədələyirəm" - VİDEO

85260

“Oktyabrda yatıb yuxu gördüm ki, anam sarı rəngdədir. Mən yüksəkdəyəm, o isə aşağıda durub, əllərini mənə sarı uzadıb. Sanki mənə yardım etmək istəyir. Həmin gün vəkilimə zəng etdim və çox ağladım. Gördüyüm yuxunu ona danışdım. Vəkil dedi ki, anana zəng et və necə olduğunu soruş. Cavab olaraq söylədim ki, qorxuram. Dedi ki, qorxma, sənin yanındayam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu “O üz” verilişində deyib.

Bu ilin yanvar ayında anası Mina xanımı itirən aktrisa ölümündən əvvəl onunla telefonda söhbətinin pərdəarxası məqamlarından söz açıb. Sonaxanım bildirib ki, anası qızı tərəfindən ölümlə hədələndiyi üçün polislərə şikayətlər edib.

“Polislərdə mənə qarşı anam tərəfindən şikayətlər vardı. Sanki ona hədə-qorxu gəlirəm, ölümlə hədələyirəm. Bu səbəbdən ona zəng eləməyə qorxurdum. Artıq polis idarələrinə gedib, izahat yazmağa öyrəncəli idim. İstəmirdim ki, anama zəng edim, sonra da polislərə düşüm. Vəkilimin təkidi ilə anama zəng etdim. Telefonu özü qaldırdı.

Onunla danışıb dedim ki, səni yuxuda pis görmüşəm, çox narahatam, bəlkə mənə ehtiyacın var. Söylədi ki, hər şey yaxşıdır, mənə yaxşı baxırlar: “Nə zaman yuxunda məni pis görsən, bil ki, hər şey yaxşıdır. Sən qızınla mənim ölməyimi istəyirsən. Narahat olma, mən ölmərəm”.

Anama söylədim ki, sənin ölməyini istəsəydim, başına qan sızanda yaxın durmazdım və səni müalicə etməzdim. Gördüm ki, əsəbləşməyə başlayır, dedim ki, necə istəyirsən, elə də olsun. Təki sən əsəbləşmə. Telefonda sonuncu sözü isə “Məni düşünməyə bilərsən” oldu”. 
Qeyd edək ki, Sonaxanım Əliyeva bir müddət əvvəl anasının ondan imtina etdiyini söyləmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin