Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiyaya yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi məşhur restoranların birinin açılışında iştirak etmək üçün Moskvaya gəlib.
Aktyor restorana gələr-gəlməz insan seli ilə qarşılaşıb. Qız pərəştişkarları onunla şəkil çəkdirmək üçün növbəyə düzülüb. Sənətçi açılışda heç bir fanatının foto çəkmək istəyini rədd etməyib. Üstəlik onlarla qısa şəkildə həmsöhbət olub.
Sevənləri ilə xoş-beş etdikdən sonra məkanda Özçivitə söz verilib. Açılışı isə aktyor rus dilində "добрый вечер" (Axşamınız xeyir) sözləri ilə açıb. Daha sonra o, çıxışını ingilis dilində davam edib.
Bundan savayı diqqət çəkən məqamlardan biri isə Burakın Rusiyanın pop ulduzu Dima Bilan ilə səmimi şəkildə görüşməsi olub. Müğənni aktyoru görər-görməz ona tərəf gedib. Kameraların obyektivinə pozlar verdikdən sonra Bilan Özçivitlə həmsöhbət olub.
Fanatlar aktyoru görmək üçün 50 min rubl (təxminən 1475 manat) ödəyiblər.
Məkanın açılışı bitər-bitməz Burak Özçivit vətəninə geri qayıdıb.
Rəşad Əliyev, Bizim.Media