“Getdiyim toyların 90 faizi qadın məclislərindən ibarətdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri hamilə olan müğənni Vəfa Şərifova qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib.
Sənətçi bəzi qadın həmkarlarının ailə dağıtdığını iddia edib:
“Qadınlar hissiyatlı olurlar. Onlar baxanda bilirlər ki, bu xanım müğənni gəlsə evimizi, ailəmizi dağıdıb, problem yaşadar, yoxsa yox. Mələk donunda addım atanlar da var. Şou-biznesin içindəyik. Elə söhbətlər eşidirik ki, şoka düşürük, yəni həmin şəxs bunu edər?! Bu adam bu işi görər?! Təəssüf ki, aldadanlar da var. Amma o da müəyyən bir zamana qədərdir.
Zamanla kimin kim olduğunu başa düşürlər. Elə qadın müğənnilər var ki, onları qadınlar öz məclislərinə və ailələrinin içinə girməyə qoymurlar. Qısqanırlar, rahat olmurlar. Toyda başqa problemlər yarada bilərlər. Qadınlar öz ərləri ilə olmasa da, qonağı ilə nələrsə yaşana biləcəyindən ehtiyat edirlər”.
Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. O, hamilədir. Müğənninin Məryəm adında bir qızı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:41 / 23.07.2022
Hamilə Vəfa: “”Mələk donuna girib” ailələr dağıdan qadın müğənnilər var” - VİDEO
Hazırda oxunan: Hamilə Vəfa: “”Mələk donuna girib” ailələr dağıdan qadın müğənnilər var” - VİDEO
Hazırda oxunan: Hamilə Vəfa: “”Mələk donuna girib” ailələr dağıdan qadın müğənnilər var” - VİDEO
85039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.