Ember Conninin xeyrinə olan məhkəmə qərarından apellyasiya şikayəti verdi

Hazırda oxunan: Ember Conninin xeyrinə olan məhkəmə qərarından apellyasiya şikayəti verdi

84927

Hollivud aktrisası Ember Heard uzun sürən məhkəmə çəkişməsində keçmiş həyat yoldaşı Coni Deppə uduzandan sonra apellyasiya şikayəti verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, böhtan işi üzrə məhkəmənin çıxardığı hökmə etiraz etmək niyyətindədir.

Emberin sözlərinə görə, aktrisa keçmiş əri Conni Deppə böhtan atmaqda təqsirli bilinib.

Xatırladaq ki, aktyor Emberin özünü məişət zorakılığının qurbanı adlandırdığı və dolayısı ilə keçmiş həyat yoldaşını zorakılıqda ittiham etdiyi 2018-ci il məqaləsinə görə məhkəməyə vermişdi.

Herd əvvəllər hökmə yenidən baxılmasından imtina edilmişdi.

Onun vəkilləri çoxsaylı pozuntuları əsas gətirərək nəticələrin ləğv edilməsini və yeni məhkəmənin təyin edilməsini istəyiblər. Məhkəmə heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib. Apellyasiya şikayətində Emberin hüquq qrupu münsiflər heyətinin qərarı ilə bir daha razılaşmır.

Aktrisanın vəkilləri açıqlama yayıblar.

“Hesab edirik ki, məhkəmə birinci düzəlişlə ədalətli hökm çıxarmağa mane olan səhvlərə yol verib. Ona görə də hökmdən apellyasiya şikayəti veririk. Ədalətin bərqərar olunması üçün atmalı olduğumuz addımlar var”.

Bu arada C.Deppin vəkilləri hökmün dəyişməz qalacağına əmindirlər. Məhkəmə aydın və yekdil qərara gəlib ki, müttəhim dəfələrlə cənab Deppə böhtanlar atıb.

Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin