“2003-2012-ci illərdə yeni yaşayış binalarında təmirsiz ev alıb, təmir edib, satırdım. İfaçılıqla bərabər doqquz il bu bizneslə məşğul oldum”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi bildirib ki, ev alıb, təmir edib sonra isə satmaq biznesi ona gəlir qazandırmayıb.
“Gördüm ki, bu iş mənlik deyil. İnsan gərək bir işlə məşğul olsun. Ev alıb, təmir edib, satırdım, amma maddi tərəfdən heç bir xeyrini görmürdüm. Təzədən yeni ev alırdım ki, nəsə xeyir görüm, amma əksinə olurdu. Təmiri çox yaxşı edirdim. Təmiri satmaq üçün deyil, özümü üçün edirdim. Pul qalmırdı”.
Qeyd edək ki, S.Əliqızı pandemiya dövründə müxtəlif qənnadı və şirniyyat məhsulları bişirib, onların satışı ilə məşğul olduğunu açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:36 / 21.07.2022
Sevda Əliqızı: "Doqquz il ev alıb, təmir edib, satırdım" - VİDEO
Hazırda oxunan: Sevda Əliqızı: "Doqquz il ev alıb, təmir edib, satırdım" - VİDEO
Hazırda oxunan: Sevda Əliqızı: "Doqquz il ev alıb, təmir edib, satırdım" - VİDEO
84739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.