İspanlar Lətifənin “Ave Maria” əsərini oğurladılar - VİDEO

Hazırda oxunan: İspanlar Lətifənin “Ave Maria” əsərini oğurladılar - VİDEO

84702

Müğənni Lətifə Soyuözün məşhur “Ave Maria” əsərinin ideyası oğurlanıb.  

Bizim.Media xəbər verir ki, sənətçinin 2006-cı ildə “Azan”la sintez edərək klip çəkdirdiyi “Ave Maria” bu dəfə İspan musiqiçiləri tərəfindən ərsəyə gətirilib. 

L. Soyuözün sözlərinə görə, ispanlar bunu dünyada ilk dəfə hazırladıqları kimi qələmə veriblər. 

“Dünyada ilk dəfə “Ave Mariya” və “Azan”ı sintez edib oxudum. Bu əsərlə göstərmək istədim ki, bütün dinlərdə Allah birdir, təkdir. Allahdan başqa ilah yoxdur. Mahnını ekranlaşdırdım və səs-küy yarandı. Bütün bunları isə 2006-cı ildə etmişəm. Lakin doqquz il əvvəl İspaniya, İtaliya və dünyanın bir çox ölkələri bu ideyamı təkrarlanmağa başladı. İlk dəfə İspaniyanın böyük səhnələrin birində bu versiyada ifa edildi: “Azan” və “Ave Maria”. Bunu  isə onlar dünyada ilk dəfəymiş kimi təqdim etdilər. Son günlər isə sözügedən əsərlə bağlı xəbərlərə xarici mətbuatda daha çox yer verilir.  

Əfsuslar olsun ki, ideyası özüməməxsus bu əsəri bizdə dəyərləndirmədilər. Dünyada bunu məhs azərbaycanlı, ilk və tək rok-pop ifaçısı etdi.
Üzülürəm ki, bu əsərə sahib çıxmadıq. Əslində biz dünyaya çatdırmalı idik ki, hamının bu haqda xəbəri olsun. Kifayət qədər çətin və mürəkkəb əsərdir. Bunu hazırlamaq isə heç də asan iş deyil. Təəssüflər olsun ki, Avropa bunu ilk dəfə etmiş kimi dünyaya səs saldı”. 

Rəşad Əliyev, Bizim.Media
 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin