Röya Aygünlə qızının fotosuna bunları yazdı - FOTO

Hazırda oxunan: Röya Aygünlə qızının fotosuna bunları yazdı - FOTO

84565

Xəbər verdiyimiz kimi, ötən həftə Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımova dənizkənarı məkanlardan birində "Dj" kimi çıxış edib.

Bizim.Media xəbər verir ki, həmin gecədə pop diva qızını yalnız buraxmayıb. Məclisdən övladı ilə foto və videolar paylaşan Kazımova "Qızım, uğurların bol olsun. Atdığın hər addımında, hər bir seçimində yanındayam, arxandayam. Sənə dəstəyəm, mənim ürəyim" sözlərini yazıb. 

Onun yayımladığı şəkillərə Xalq artisti Röya Ayxan biganə qalmayıb. Sənətçi Aygün ilə İlqarənin fotosuna "Maşallah. Bəli, övladlarımız hansı sənəti seçərsə, biz hər zaman onları dəstəkləməliyik. Aygün Kazımova, təşəkkürlər nümunə üçün" şərhdə qeyd edib.

A.Kazımova ilə həmkarının adını işarələyərək, ona ürək "smaylikləri" ilə cavab verib.

Qeyd edək ki, Aygün Kazımova ilə Röya Ayxan arasında illər əvvəl qalmaqal yaşanmışdı. Daha sonra barışıb hətta duet oxumuşdular. Amma onların bu dostluğu çox çəkməmişdi. Yenidən tərəflər arasında söz-söhbət yarandığından, küsmüşlər və ondan sonra heç yerdə birlikdə görüntülənməyiblər.

Rəşad Əliyev, Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin