Aysundan ETİRAF: "Anama görə efirlərə çıxmaq üçün pul verməmişəm" - VİDEO

Hazırda oxunan: Aysundan ETİRAF: "Anama görə efirlərə çıxmaq üçün pul verməmişəm" - VİDEO

84551

"Anam olmasaydı, bu günkü gün bu yerdə olmazdım. Onun əməyini itirə bilmərəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Sənətçi bildirib ki, anasına görə o digər ifaçılar kimi efirlərə çıxmaq üçün ödənişlər etməyib.

"Bu sahədə anamdan aldığım ən böyük dəstək pulsuz efirlərə çıxmağım olub. Hamı bilir ki, bəzi müğənnilər efirlərə çıxmaq üçün pul ödəyir. Mən isə heç zaman pul ödəməmişəm. Amma sevilməyə gəldikdə, anama görə deyil, tamaşaçılar məni özümə görə seviblər.

Heç zaman deməmişəm ki, sənətkar olub, fəxri adlar alacağam. Həvəskar müğənniyəm. Özüm üçün oxuyuram. Hazırda da öz şəxsi biznesim var. Nə zaman ki trend olmayacağam və məni istəməyəcəklər, onda da bu sənətdən uzaqlaşacağam".
Qeyd edək ki, Aysun İsmayılova ötən ayın sonu Eşqin Cəlilov adlı bəylə ailə qurub. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin