Çingiz Əhmədovun oğlu hava limanında terrorçu kimi saxlanıldı - VİDEO

Hazırda oxunan: Çingiz Əhmədovun oğlu hava limanında terrorçu kimi saxlanıldı - VİDEO

84548

"İllər əvvəl uzun saçlarım, saqqalım vardı. Bu halımla "Yuxu" kimi serialına çəkilməyə başladım. Altı ay nə saçlarımı kəsdirdim, nə saqqalımı qırxdım, nə də ki dırnaqlarımı tutdum, amma çimirdim".

Bizim.Media xəbər verir ki, bu sözləri Rus Dram Teatrının aktyoru İbrahim Çingiz qonaq olduğu "Söhbət var" verilişində deyib.

Sənətçi bildirib ki, o, bu halı ilə İzmirdən Bakıya dönəndə hava limanında onu terrorçu zənn edib, saxlayıblar.

"İzmirdən Bakıya dönəndə üç polis avtomobili məni saxladı. Çemodanlarımı yerə atıb, yoxlamağa başladılar. Dedilər ki, hava limanını partlatmaq istəyirsən. O anda isə aləm dəydi bir-birinə. Onlara başa saldım ki, mən aktyoram. Üzümüzə pudra vurub, səhnəyə çıxırıq, tamaşalar oynayırıq.

Ondan sonra söylədilər ki, aktyorsansa "Instagram" səhifəni bizə aç göstər. Göstərəndən sonra gördülər ki, izləyicilərim var. Çemodanlarımı yenidən yığıb, məni Bakıya yola saldılar".
Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artisti Çingiz Əhmədin oğludur. İbrahim keçən ilin avqustunda həmkarı, aktrisa Aydan Axundova ilə ailə qurub.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin