"Qızım həm də rəfiqəmdir. Onu gənc yaşında dünyaya gətirmişəm".
Bizim.Media xəbər verir ki, bu sözləri "Göyçək Fatimə" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Onun sirri" verilişində deyib.
"Aydana zəng edib deyirəm ki, alış-verişə getmək istəyirəm. Əvvələr evdə olanda özümlə onu rahatlıqla apara bilirdim. Ailə qurduqdan sonra isə həyat yoldaşından icazə almalıyam. Kürəkənim hər zaman "baş üstə" deyə cavab verir. Ona deyirəm ki, icazə ver qızımla üç gün istirahətə gedək. İcazə verir, gedirik. 10 gün əvvəl ana-bala gedib gözəl gəzdik".
Qeyd edək ki, 3 il əvvəl Fatimə Fətəliyevanın qızı Aydan Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə isə cütlüyün Zəhra adlı qızı dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:20 / 18.07.2022
Rəqqasə Fatimə: "Qızımla harasa gedəndə kürəkənimdən icazə alıram" - VİDEO
Hazırda oxunan: Rəqqasə Fatimə: "Qızımla harasa gedəndə kürəkənimdən icazə alıram" - VİDEO
Hazırda oxunan: Rəqqasə Fatimə: "Qızımla harasa gedəndə kürəkənimdən icazə alıram" - VİDEO
84334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.