Balıkesirdə səhnəyə çıxan məşhur sənətçi Sibel Can xoşagəlməz hadisə ilə üzləşib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Edremit mahalının Altınoluk mahalına planlaşdırılan konsertə gedən Edremit Bələdiyyə Başçısı, CHP-li Hesen Arslan Sibel Cana "təşəkkür" üçün getmək istədiyini bildirib.
Lakin onun içkili olduğu üzə çıxdıqdan sonra təhlükəsizlik işçiləri Həsəni səhnəyə buraxmayıblar.
Məşhur sənətçinin yanına gedə bilməyən Həsən "cin atına" minərək özündən çıxıb.
Nəticədə konsertdə qısa müddətli əlbəyaxa dava yaşanıb. Bundan sonra Sibel Canın çıxışı dayandırılıb.
Tamaşaçıların sərt reaksiyasından sonra Başçı Arslan hadisə yerindən ayrılmaq məcburiyyətində qalıb. Bundan sonra sənətçinin konserti qaldığı yerdən davam edib.
Rəşad Əliyev, Bizim.Media