Müğənni Günay İbrahimli anası İlhamə Hüseynova ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, axşam saatlarında bacısı İlahə ilə anasının nərd oynamasının videosunu çəkib, sosial şəbəkə hesabında yayımlayan sənətçi İlhamə xanımın oyunda uduzduğunu açıqlayıb.
Növbəti paylaşımında isə anasının masa arxasında əyləşərək xəmir yaymasının görüntüləri əks olunub.
G.İbrahimli "Ana, deyəsən nərd oyununda uduzmusan" sözlərinə İ.Hüseynova "Əriştə bişirməyi uduzmuşam" qısa şərh verib.
Qeyd edək ki, G.İbrahimlinin İlahə adında bir bacısı və Nicat adında bir qardaşı var.
Rəşad Əliyev, Bizim.Media