"Qızım Fidan təhsili ilə bağlı təcrübəsini Türkiyədə davam etdirmək istəyir. O, bu il "Bahçeşehir" universitetinin qrafik-dizayner fakültəsinin məzunu oldu".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu "Zaurla Günaydın" səhər şousunun mövsümün son buraxılışında deyib.
Sənətçi verilişdə qızı Fidandan söz açıb.
"Qızım təhsili ilə bağlı Türkiyədə yaşayır. Onunla bir qışda, bir də ki, yayda görüşürəm. 20 gündən sonra qızımla Bodrumda görüşəcəyəm. Gələn ay Bodruma tətilə yollanacağam".
Rəşad Əliyev, Bizim.Media