Emili Ratakovski ona xəyanət edən ərindən boşanır? - FOTO

Hazırda oxunan: Emili Ratakovski ona xəyanət edən ərindən boşanır? - FOTO

84067

31 yaşlı amerikalı model və aktrisa Emili Ratakovski ilə əri Sebastian Bir-Makklard arasında boşanması ilə bağlı xəbər yayılıb.

Bizim.Media "Page Six" nəşrinə istinadən xəbər verir ki, bu iddiaların yayılmasına səbəb isə bir neçə gün əvvəl modelin barmağında nikah üzüyü olmadan görüntülənməsi olub.

Nəşr Sebastianın Emilyə xəyanət etdiyini yazıb.

"Bəli, o, onu aldadıb. Sebastiyan başqa qadınlarla eyş-işrətdə olmağı çox sevir. Qorxulu tipdir" - deyə mənbə qeyd edib.

Qeyd edək ki, Emili və Sebastian 2018-ci ildə evləniblər və hazırda cütlük Silvestr adlı bir yaşlı oğlunu böyüdür. 

41 yaşlı Bir-Makklard kino prodüseridir. O, Safdi qardaşlarının Robert Pattinsonla birlikdə "Yaxşı vaxt" və Adam Sandler ilə "Kobud brilyantlar" filmlərində çalışıb.

Yaxşı, model, aktrisa, çimərlik geyimlər brendinin sahibi və Hollivudun ən görkəmli feministlərindən biri olan Emili Ratakovski isə heç bir təqdimata ehtiyac duymur.

Cütlük haqlarında yayılan qalmaqallı ayrılıq və boşanma xəbərlərinə isə heç bir münasibət bildirməyiblər.

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin