Elzadan ETİRAF: “Oğlum yazdığım şeirlərə görə məndən inciyir” – VİDEO  

Hazırda oxunan: Elzadan ETİRAF: “Oğlum yazdığım şeirlərə görə məndən inciyir” – VİDEO  

83715

“Oğlum yazdığım şeirlərə görə məndən inciyir”. Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl 54 yaşı tamam olan Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.  

Sənətçi skripkaçı oğlu Əkbərlə barışdığını söyləsə də, lakin yazdığı şeirlərə görə aralarında soyuqluq yaşandığını etiraf edib: 

“Əkbər deyir ki, “İnsanlar sənin şeirlərini başa düşmür. Sən bəstəkarsan, nə vacibdir ki, şeir yazasan. Yazma”. Lakin oğlum yazdığım şeirlərin satirasını və mənasını anladıqdan sonra söyləyir ki, “Ana mən səni başa düşürəm. Sən düz yazırsan”.  

Verilişin aparıcısı Zaur Kamalın “Bacınız Rasimə ilə tez-tez efirlərə çıxırdınız. Amma artıq uzun müddətdir ki, sizi onunla bir yerdə görmürük. Bacınızla aranızda problem var?” sualına Elza “Rasimənin həyat yoldaşı xaricdə yaşayır.
İndi mən oğlum üçün daha çox çalışıram ki, birlikdə efirlərə çıxaq. Amma Əkbər bunu istəmir. Onu məcbur edə bilmərəm. Bu sənət elə bir sənətdir ki, arxasıycan gərək özün gedəsən” - deyə cavab verib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin