"Pisəm. Həftəlik büdcəyə 30 manat əlavə olundu".
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yanacaqdoldurma məntəqəsindən aldığı çekin fotosunu paylaşarkən yazıb.
İ.Həsəni “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətlərinin bahalaşmasına etirazını bildirib.
Qeyd edək ki, Azərbaycanda iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Rəşad Əliyev, Bizim.Media