Əməkdar incəsənət xadimi Məlahət Abbasova 55 yaşını təmtəraqlı şəkildə qeyd edib.
Bizim.Media xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında paytaxt restoranlarının birində keçirdiyi dəmdəskahlı doğum günü məclisindən görüntülərini yayımlayıb.
Məlahət Abbasova bildirib ki, 31 ildən sonra o ad gününü Bakıda qeyd edir:
“Bakıda 8 iyuldan gözəl anlar. Bir yaş daha gəncləşdim. Doğum günümün keçirilməsində yardımçı olan bütün doğmalarıma təşəkkür edirəm”.
Qeyd edək ki, Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlüyün bu nikahdan Sude adlı qızı və Uğur adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media