Xuraman gileyləndi: "Övladlarımın səs-küyü və davalarından bezmişəm" – VİDEO 

Hazırda oxunan: Xuraman gileyləndi: "Övladlarımın səs-küyü və davalarından bezmişəm" – VİDEO 

83278

"Böyük oğlumun 11 yaşı var. İnkişaf güclü getdiyinə görə, artıq onda keçid dövrü başlayıb. Dörd övladım var. Müəyyən kaprizləri var. Böyük övladımın bəzi şeylərdən bezdiyini görürəm. Evdəkilərdən bezib, tək qalmaq istəyir".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Sənətçi bildirib ki, evdə övladları öz aralarında tez-tez dalaşdığından bu hadisələr onu həm əsəbiləşdirir, həm də qorxudur.  
"Uşaqlı evdə söz-söhbət olur. Öz aralarında davaları olur. Bina evində yaşayıram. Uşaqlar meydançası olmadığından onları həyətə çox buraxmıram.  

Onları qınamıram, uşaqlarda enerji çoxdur. Onların divara dırmaşmasından bezmişəm. Övladlarımın səs-küyü və davaları çox yorur məni. Qorxuram ki, onlar böyüyəndə bir-birinə qarşı acı olarlar, bağlar qırılar".  

Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin