Nazilə oğlu ilə gəlinindən danışdı: "Cavan ailədir, bəlkə şortda gəzmək istəyirlər" - VİDEO  

Hazırda oxunan: Nazilə oğlu ilə gəlinindən danışdı: "Cavan ailədir, bəlkə şortda gəzmək istəyirlər" - VİDEO  

83245

"Gəlinim Nuranə toydan sonra mənə ana deməyə başlayıb. Bu zamana qədər isə o mənə “Nazilə xanım” deyə müraciət edirdi. Ona dedim ki, gəlin burada özünü yandırdın. Mənə ana dedin, ana öz balasını döyər də, üstünə qışqırar da, tərbiyə edər də. Özünü məndən gözlə".

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli "Şourum" maqazin verilişinə müsahibəsində deyib.  

Şairə gəlini Nuranənin evdarlığından söz açıb.  

"Bir ər, bir arvaddılar. Evi dağıdan, bulaşdıran yoxdur. Gəlinimin evdarlığı necə olmalıdır ki? Tərtəmiz evdir. Masalarının üzərində hələ də toyun xonçaları yeyilməyib. Paxlava, şəkərburaları dişləyirsən, dişin qirilir".  
Nazilə deyir ki, gəlini Nuranənin heç bir işinə qarışmır. O, məmur olsa da, hazırda çalışmır.  

"Çox yaxşı qaynanayam. Gəlinimin heç bir işinə qarışmıram. Ona nəyisə göstəriş verəndə də deyirəm ki, inciməzsən sənə bunun bu tərzdə olduğunu göstərsəm?!  

Yalan danışmıram, münasibətlərimiz belədir. Onlara yük olmuram. Ailədilər, qoy istirahət etsinlər. Nuranə gəlinim məmurdur. Oğlum onu hələ ki işləməyə qoymur. Mən də bunu hörmətlə qarşılayıram".  

Şairə oğlu ilə gəlininin yalnız yaşamalarının tərəfdarı olduğunu söyləyib.  

"Qaynanalar çox deyingən olurlar. Bunu isə təzə gəlinlər başa düşmürlər. Zamanında mən də ayrı yaşamaq istəmişəm. Tək yaşamayanda asudəliyin əlində olmur. Yuxudan hamıdan tez oyanmalısan. Evin içində sərbəst dolaşa bilmirsən.

Cavan ailədir, bəlkə şortda gəzmək istəyirlər. Qaynananın və qaynatanın yanında şortda gəzmək olmaz. Məsələn, mən söz etmərəm, amma qaynatanın yanında bunu etmək olmaz".  
Nazilə Səfərli qızının olmamasını arzu etsə də, indi bunun peşmançılığını çəkdiyini dilə gətirib.

"Deyirəm, nə olardı ki, oğlumun qız övladı dünyaya gələrdi. Çünki qaynanamın da qızı yoxdur. Mənim də qız övladım olmadı. Heç zaman arzu etmədim ki, qızım olsun. Amma çox peşmanam ki, niyə qız övladı arzulamadım? Tez ailə qurdum və əziyyət gördüm deyə, elə düşünürdüm ki, qız övladlarının hamısının taleyi belə olur. Qız övladı arzulamadığım üçün Allah da mənə vermədi".

Qeyd edək ki, N.Səfərlinin oğlu Nurlan Nuranə adlı məmur xanımla ailə qurub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin