Aktyor və müğənni Sərxan Kərəmoğlu açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda sosial şəbəkələrdə məşhurlaşan gənclərin ifa etdikləri musiqilər zövqlərin korlanması ilə nəticələndiyini bildirib.
"Bu günkü musiqilər, "Instagram" ifaçıları elə mahnılar səsləndirirlər ki, ağzını açırsan, mahnı ora düşür. Heç bir əziyyət olmur, beyin işləmir. Beyin onu düşünmür. Beyin nə söz deyirsə, ona fikir vermir. Beyin musiqidə hansı keçidlərin olduğunu anlamır. Beyin manqirtlaşır, artıq bizim gələcəyimiz manqurtlaşır" - deyə, S.Kərəmoğlu qeyd edib.
Rəşad Əliyev, Bizim.Media