Nazilə Səfərlinin həbsi ilə bağlı Daxili İşlər Nazirliyindən RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Nazilə Səfərlinin həbsi ilə bağlı Daxili İşlər Nazirliyindən RƏSMİ AÇIQLAMA

83124

Sosial şəbəkələrdə şairə Nazilə Səfərlinin bir neçə gün əvvəl işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçdiyinə görə həbs edildiyi xəbərləri yayılıb.

Bizim.Media xəbər verir ki, şairə məsələ ilə bağlı "İnstagram" hesabında paylaşım edib.

N.Səfərli haqqında yayılan xəbərləri təkzib edib.

"Həm özümün, həm avtomobilim portalda qeydiyyatı var. Kəlbəcərə qanunsuz keçmək mümkün deyil. Dörd post keçmişəm. Qanunsuz getmişəmsə, niyə buraxıblar? Saxta xəbər yayanlardı qanunsuzlar. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır" - deyə şairə yazıb.

Məsələ ilə bağlı DİN məlumatda bildirilir ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin