Kübra: "Allah çörək qazandığım üzümü belə etdi..." - VİDEO

Hazırda oxunan: Kübra: "Allah çörək qazandığım üzümü belə etdi..." - VİDEO

83101

"İflic keçirməzdən 15 gün əvvəl yetim oğlana toy etdim. Xərc çəkdim, nişan apardım, evləndirdim. Yaxşılıq hər zaman əlimdədir. Hava soyuq idi, həyəcanlanırdım, məni tər basırdı".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" verilişində deyib.

Aktrisa iflic olmasından da danışıb:

"Üzüm əyiləndə hansı həkimə getməyi bilmirdim, çünki o vaxta kimi sağlam qadın idim. O zaman gördüm ki, üzüm əyildi. 7 qurban kəsib payladım, Allah heç nəyimi yox, çörək qazandığım üzü belə etdi. Bunu da qəbul etdim. Allahıma şükür etdim. 6 ay şəhərdən çıxıb getdim. Kürdəxanıda ev tikdirdim, dedim sənət aləmim bitdi. Amma sonra mərhum həmkarım Siyavuş Aslan məni yenidən səhnəyə, teatra gətirdi".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin