Türkiyəli iş adamı, “TV 8” televiziya kanalının rəhbəri Acun Ilıcalı Azərbaycana dəstəyini bildirib. O bununla bağlı İnsatqram səhifəsində paylaşım edib.
“Qarabağ uğrundakı haqlı mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Mülki şəxslərə qədər uzanan qanlı təcavüzü lənətləyirik. Dost və qardaş Azərbaycanın 18 oktyabr Müstəqillik Günü mübarək olsun!”