Gözəlliyi və aktrisalıq qabiliyyəti ilə Türkiyənin ən çox müzakirə olunan şəxslərindən biri olan Ebru Şahin və NBA-nın ulduz basketbolçusu Cedi Osmanın toyu olub.
Bizim.Media xəbər verir ki, Makedoniyada baş tutan nikahdan sonra aşiqlər toylarını İzmirin məşhur kurort məkanı Alaçatıda keçiriblər.
Türkiyənin iş adamı və "TV8" kanalının rəhbəri Acun Ilıcalı cütlüyün nikah şahidi olub. O, çıxışı ilə məclisə damğa vurub.
E.Şahin toyda 3 fərqli libas geyinib. Cedi Osmanın bəy kostyumu isə məşhur "Ralph Lauren" markasına aid olub.
Rəşad Əliyev, Bizim.Media