“Gəncliyimin ən önəmli illərini məhz burada (ABŞ nəzərdə tutulur) yaşadığım üçün çox minnətdaram. Tam da olduğum yerdəyəm. Tam da xarakterimi, özümü ifadə edən yerdəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-a köçən keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında yazıb.
O, okeanın o tayına köçdüyünə görə xoşbəxt olduğunu bu sözləri ilə ifadə edib.
“Bakıda yaşayıb efirlərdə olmağa davam etsəydim, özümü limitləyəcəkdim. Bundan əminəm. Bu gün isə həyatın bütün sferalarında inkişaf edib dünyaya açılıram. Yaşadığın yerin səni əhatə edənlərin sənin inkişafına o qədər təsiri var ki. Buna görə isə kainata çox minnətdaram”.
Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı gənclə evlənib. Cütlük bir müddət sonra ABŞ-a köçüb. Onların Jozefina adlı qızları var.
Rəşad Əliyev, Bizim.Media