Dünya şöhrətli ulduz futbolçu Devid Bekhemin dəb ikonası və dizayner arvadı Viktoriya Bekhem formada qalmağının sirrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Avstraliyanın “Vogue” dərgisinə müsahibə verən dizayner səhərinin hər gün saat 6:45-də başladığını bölüşüb.
Oyanan kimi ulduz dərhal məşq etmək üçün idman zalına qaçır. Orada Viktoriya şəxsi fintess müəllimi ilə məşqlər edir.
İdmandan sonra yolunu mətbəxdən salan məşhur bir qaşıq alma suyu sirkəsi, sonra isə “skinaide kollagen peptid” tozu ilə bir fincan qəhvə içir.
Gün ərzində dizayner qoz-fındıq ilə qəlyanaltıladan istifadə edir.
Naharda isə uzun illərdir ki, o, yalnız tərəvəzli balıq yeyir. Yemək bişirməyi və restoranlara getməyi sevən böyük oğlu Bruklindən fərqli olaraq dizayner uzun müddətdir ki, yeməkdən həzz almır, ona yalnız güc mənbəyi kimi yanaşır...
Viktoriya ildə bir neçə dəfə, əgər bunun üçün xüsusilə yaxşı bir səbəb varsa, bir bokal şərab içir. Sonra üç-dörd ay bədənini ondan təmizləyir. V.Bekhemin əsas sirri ciddi pəhriz və çoxlu idmandır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:02 / 05.07.2022
Bekhemın arvadı bu yolla formada qalır - FOTO
Hazırda oxunan: Bekhemın arvadı bu yolla formada qalır - FOTO
Hazırda oxunan: Bekhemın arvadı bu yolla formada qalır - FOTO
82439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.