İrina Şeyk formada necə qalır? – PƏHRİZİNİ AÇIQLADI - FOTO

Hazırda oxunan: İrina Şeyk formada necə qalır? – PƏHRİZİNİ AÇIQLADI - FOTO

82330

Tatar əsilli rus supermodel İrina Şeyk harmonik pəhrizini paylaşıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında yediyi yeməyi paylaşan modelin ət və ət məhsullarından imtina etdiyi ortalığa çıxıb.

İrina gözəl bədən quruluşuna sahib olmaq üçün idmanla əlavə sağlam qidalanır. Beləki, yeməyinin fotosunu yayımlayan Şeykin rasionuna pomidor, qırmızı soğan və göyərtidən ibarət tərəvəz salatı daxildir.

Onları salat şəklində qəbul edərək, ac qalmır. Radikal pəhrizlərdən uzaq duran supermodel yeməkdə ən çox salat və şorbalara üstünlük verir. 

Bundan savayı İ.Şeyk formasını sevdiyi boks və “ciu-citsu” ilə saxlayır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin