Şəbnəm Səidənin ittihamlarına cavab verdi: "Biz dostuq"

Hazırda oxunan: Şəbnəm Səidənin ittihamlarına cavab verdi: "Biz dostuq"

82242

Müğənni Şəbnəm Tovuzlu həmkarı Səidə Sultanın qalmaqallı videosuna münasibət bildirib. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Ş.Tovuzlu ilə əlaqə saxlayıb. Dəstəyi özünü sənətçinin köməkçisi kimi təqdim edən xanım qaldırıb. 

O, Səidənin səs-küylü paylaşımına belə münasibət bildirib. 

“Şəbnəm Səidə ilə dostdur. O sözləri Şəbnəmə deyə bilməz. Onlar bir-birilərini çox istəyirlər. Anlaşılmazlıq ola bilər. Çox güman ki, Səidə başqa insanı nəzərdə tutub”. 

Qeyd edək ki, S.Sultan sosial şəbəkə hesabında Ş.Tovuzlunun “Əgər mədəniyyət, əxlaq, insanlıq geyimlə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam, həm də əxlaqlıyam. İfam da, tərzim də, xanımlığım da yerindədir" sözlərinə “Mahnı qaldı kənarda, başladı əxlaqdan danışmağa.
Sən nə əxlaqdan danışırsan, söhbət mahnıdan gedir.Əxlaqın bura nə aidiyatı var? Guya bu sözləri mənə demir, amma çörəyi qulağıma yemirəm.

Düşündüm ki, cavabını verməyim, vaxt gələr üz-üzə oturub başa salaram. Verilişdə mahnıdan danış, sənin əxlaqın kimə lazımdır, bununla xal qazanırsan? Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz” – deyə cavab verib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin