Cavanşir Röya ilə Zülfiyyənin ifalarını BƏYƏNMƏDİ: "Sözümün arxasındayam" - VİDEO  

Hazırda oxunan: Cavanşir Röya ilə Zülfiyyənin ifalarını BƏYƏNMƏDİ: "Sözümün arxasındayam" - VİDEO  

82199

Əməkdar artist Cavanşir Məmmədov qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Tövbə” və “Şuşanın dağları” mahnılarını oxuyan Xalq artistiləri Röya Ayxan ilə Zülfiyyə Xanbabayevanı tənqid edib. 

C.Məmmədov Əməkdar artist Firuzə İbadovadan sonra Röyanın “Tövbə” mahnısını oxumasını qəbul etməyib. O, sözügedən ifada R.Ayxanın düzgün boğazlar etmədiyini bildirib. 

“Məsləhət görürəm ki, “Tövbə” mahnısına dəyməsinlər. Firuzə bu nəğməyə qızıl həriflərlə öz imzasını atıb. Sözümün arxasında da dururam. Füruzə bu mahnıda elə boğaz xırdalıqları edib ki, onlar da o alınmaz”. 

Əməkdar artist tənqidi Röya ilə başlayıb Zülfiyyə ilə davam edib. Məmmədov Xanbabayevanın “Şuşanın dağları” mahnısını səhv oxuduğunu vurğulayaraq, sərt ismarışlar yollayıb. 

“Rəhmətlik Habil müəllimlə Filarmoniyanın çay evində oturub, çay içirdik. Radioda “Şuşanın dağları” mahnısı xanım müğənnin ifasında səsləndi. Hazırda isə o “Xalq artisti” fəxri adını daşıyır. Habil müəllim dedi ki, bu müğənni kimdir? Mən onun adını söylədim (red. ad çəkmir, amma söhbət Zülfiyyə Xanbabayevadan gedir).
Bizimlə bərabər oturanlar da ifaçının adını çəkdilər. Bundan sonra Habil müəllim söylədi ki, “Qardaş bu müğənni niyə bu nəğməni oxuyub? İfası ilə mahnını körlayıb. Biz indiyə kimi, bu müğənnini (red. Zülfiyyə Xanbabayeva) yaxşı ifaçı bilirdik. O, bizi aldadıb, oxuya bilmirmiş ki...”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin