İradə İbrahimova: “Meyvələr deyil, insanlar da yetişmir”

Hazırda oxunan: İradə İbrahimova: “Meyvələr deyil, insanlar da yetişmir”

82141

“Bir insanı tanımaq üçün ofisianta necə yaxınlaşdığına, köhnə hekayələrindən bəhs edərkən hal və hərəkətinə, keçmişiylə bağlı fikirlərinə, başqaları üçün nə qədər sevindiyinə, birinin qüssəsinə nə qədər üzüldüyünə baxmaq kifayət edər”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında post paylaşıb.

Sənətçi bu dəfə insanların xasiyyətindən və psixologiyasından söz açıb. İradə insanları meyvələrlə müqayisə edib.

“İstədiyi qədər savadlı, gözəl, varlı olsun, dünyanı gəzsin, heyvanları sevsin, kitablar oxusun, mənim üçün kal meyvədən bir fərqi yoxdur. Sadəcə meyvələr deyil, insanlar da yetişmir və kal qalır. Ətrafınızdakı insanları insana xas olan xüsusiyyətlərinə və davranışlarına görə seçməliyik”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin