Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında tanınmış tamada Natiq Dağlaroğlu "Altun" sarayından çıxarkən naməlum şəxslər ona hücüm edərək, kürəyindən və belində bıçaqlayıblar. O, təcili olaraq 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Əməliyyat olunduqdan sonra Natiqi reanimasiya şöbəsinə yerləşdiriblər.
Bizim.Media-nın əməkdaşı N.Dağlaroğlunun hazırkı sağlamlıq vəziyyətinin necə olduğunu öyrənmək üçün baş vermiş qanlı olayın şahidi olan tamadanın oğlu Məhəmmədlə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Tamadaya toyda hücum çəkdilər: "Atamı belindən və kürəyindən bıçaqladılar" - ÖZƏL
O, atasının "3 Saylı Şəhər Klinik Xəstəxana"dan "Baku Medical Klinika"sının "Babək" filialına köçürdüklərini bildirib.
"Atamı əməliyyatdan sonra yalnız bir dəfə digər klinikaya aparanda görmüşəm. Həkimlər vəziyyətini ağır olduğunu söyləyirlər. Hazırda reanimasiyadadır. Gözləyirik ki, tez özünə gəlsin. Hadisə gözlənilmədən baş verdi. Hücüm 8-9 dəqiqə çəkdi. Atam "Altun" şadlıq sarayının foyesindən çıxıb, avtomobilinin olduğu dayanacağa gedəndə söylədi ki, başım gicəllənir, arxadan bıçaqlanmışam. Gördüm ki, pencəyi deşik-deşikdir".
Məhəmməd cinayəti törədənlərin şəxsiyyətinin kimliyinin üzə çıxardılması barədə hüquq mühafizə orqanlarının məsələ ilə bağlı müvafiq araşdırma aparıldığını söyləyib.
"Hadisəni törədən şəxslərlə bağlı araşdırmanı Nizami RPİ-nin 25-ci Polis Şöbəsi aparır. Onlardan araşdırmanın cavabını gözləyirik" - deyə Natiq Dağlaroğlunun oğlu Məhəmməd bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:51 / 03.07.2022
Bıçaqlanan tamadanın vəziyyəti necədir? - Oğlu danışdı - ÖZƏL
Hazırda oxunan: Bıçaqlanan tamadanın vəziyyəti necədir? - Oğlu danışdı - ÖZƏL
Hazırda oxunan: Bıçaqlanan tamadanın vəziyyəti necədir? - Oğlu danışdı - ÖZƏL
82064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.