Tamadaya toyda hücum çəkdilər: \"Atamı belindən və kürəyindən bıçaqladılar\" - ÖZƏL

Hazırda oxunan: Tamadaya toyda hücum çəkdilər: \"Atamı belindən və kürəyindən bıçaqladılar\" - ÖZƏL

81936

Tanınmış tamada Natiq Dağlaroğlu ötən gecə bıçaqlanıb.  

Bizim.Media xəbər verir ki, hadisə "Altun" sarayda baş verib. Kimliyi bəlli olmayan şəxslər məclis bitdikdən sonra N.Dağlaroğluna hücum çəkiblər.

O, yaralı vəziyyətdə təcili olaraq 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Əməliyyat olunduqdan sonra Natiqi reanimasiya şöbəsinə yerləşdiriblər.  
Baş vermiş hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı Natiq Dağlaroğlu ilə əlaqə saxlayıb.

Dəstəyi götürən tamadanın oğlu Məhəmməd insidenti belə nəql edib:  

"Hadisə durduğumuz yerdə, heç nəyin üstündə oldu. Gecə saatları idi, hardasa 1-ə işləyirdi, məclisi tərk etdik və restoranın foyesinə çıxdıq. Gözləmədiyimiz anda atama və mənə bir neçə şəxs hücum çəkdi. Daha sonra onların sayı çoxaldı.

Hardasa on nəfər olardı. Atamı kürəyindən və belindən bıçaqladılar. Mən ciddi xəsarət almamışam. Polis və təcili yardım dərhal baş verən yerə gəldi. Vəziyyətim normaldır. Amma atam haqda bunu deyə bilmərəm.
Çünki o şəkər xəstəsidir, həm də təzyiqi var. Əməliyyat olunub və reanimasiyadadır. Atamı hadisədən sonra görməmişəm. Həkimlər atamın vəziyyətini orta ağır olaraq qiymətləndirirlər". 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin