Bu gün müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysunun toyudur.
Bizim.Media xəbər verir ki, o, nişanlısı Eşqin Cəlilovla dəniz kənarındakı dəbdəbəli restoranların birində evlənir.
Aysun toy öncəsi hazırlıq prosesini çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
"Artıq hazıram. Gəlinliyimi gözləyirəm. Gəlinliyi geyinib, məkana doğru gedəcəyik. Bütün dostlarımı gözləyirəm. İnanıram ki, məni sevən insanlar bu gün yalnız qoymazlar. Gəlin və həyacanımı mənimlə birlikdə bölüşün. Çalışın toya gecikməyəsiniz, çünki maraqlı proqram hazırlamışıq. Sevirəm sizi. Allah bütün subaylara nəsib etsin".
Qeyd edək ki, Aysun Eşqin cütülüyü xoş və özəl günlərinə yalnız gəncləri dəvət ediblər.
Rəşad Əliyev, Bizim.Media