Nura Suri: "Yerimdə başqa insan olsaydı, indi villaları vardı" - VİDEO

Hazırda oxunan: Nura Suri: "Yerimdə başqa insan olsaydı, indi villaları vardı" - VİDEO

81723

“Mənim yerimdə başqa bir insan olsaydı indi neçə villaları, o, bu vardı. Yoldaşımın aldıqlarını satıb, uşaqlarımın təhsilinə qoymuşam. Axırıncı qəpiyi xərcləyib, oturub, bir ay evdən çıxmaya bilərəm. Pul yoxdur, oturmuşam”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “10da görüşək” səhər şousunda deyib. Oğlu Davidlə yenicə Kolumbiyadan istirahətdən geri dönən sənətçi, tətillərə yüksək məbləğ xərclədiyini etiraf edib.  

Bundan savayı N.Suri Amerika səfirliyinin üç il ard-arda oğluna viza verməkdən imtina etdiyini açıqlayıb:

“İstirahətə gedəndə əgər özünü sıxacaqsansa, ürəyin istəyən yerdə yemək yeməyəcəksənsə, rahatlıqla tətilə getməyəcəksənsə, harasa getmək xətrinə yox... İki il kiçik oğlum Davidi ölkədən kənar çıxartmamışam. Həm də vəziyyət o deyildi, üç ilə yaxın pandemiya oldu. David sonunda dilə gəlib söylədi ki, “Sən üç ildir məni xaricə aparmırsan. Ona Amerikaya gedəcəyimizə söz vermişdim. Keçən il oğluma Amerika səfirliyi viza vermədiyinə görə gedə bilmədik.

Böyük oğlum Xosrov ABŞ-da avtomobil qəzası keçirəndə də səfirlik Davidə viza vermədi. Üç dəfə vizaya sənəd versəm də, xeyri olmadı, imtina gəldi. Artıq Davidi Amerikaya nə aparacağam, nə də ki təhsil almağa yollayacağam. Bir ölkə ki, 13 yaşlı övladımı istəmir, heç mən də o ölkəni istəmirəm”.  
Qeyd edək ki, Nura Surinin David, Xosrov və Möhsen adlı üç oğlu var. David anası ilə Bakıda, digərləri isə hazırda xaricdə yaşayır.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin