Xalq artisti Zülfiyyə Xanbabayeva yeni fotosessiyasının pərdəarxası görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, qlamur tərzi və dəbdəbəli imici ilə peşəkar fotoqraf Vüsal Adıgözəlovun obyektivinin qarşısına keçən sənətçi cazibədar pozları ilə diqqət çəkib.
Xalq artistinin biri-birindən fərqli və maraqlı obrazları üzərində məşhur stilist və vizajist Elnur Həsənov çalışıb.
Sözügedən fotosessiya isə Z.Xanbabayevanın bir neçə gün əvvəl rəqəmsal platformalarda təqdim etdiyi "Sevgilim" nəğməsinin "promo"su üçün nəzərdə tutulub.
Rəşad Əliyev, Bizim.Media