"Qurd" ləqəbi ilə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə xoşagəlməz hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, hamiləliyinin son aylarını yaşayan repçinin xanımı barmağı şişdiyindən nişan üzüyünü çıxara bilməyib.
Onlar yaranan problemi aradan qaldırmaq üçün əvvəlcə təcili tibbi yardım, daha sonra isə FHN əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar.
Bu haqda isə Leyla sosial şəbəkə hesabında məlumat verib.
"Qısa olaraq onu deyim ki, şişkinliyimə görə nişan üzüyüm barmağımdan çıxmırdı. Təcili tibbi yardım və digər yollarla bunu edə bilmədiyimizdən FHN əməkdaşları gəldilər. Barmağım artıq daşlaşmışdı. Barmağıma heç nə olmadan ehtiyatla üzüyümü kəsdilər.
Barmağım isə hələ də şiş vəziyyətdədir. Əllərim mənim üçün həyati məsələdir. Bir barmağımın damarının belə zədələnməsi düşünə bilməyəcəyim qədər qorxuncdur".
Qeyd edək ki, Fərid ilə Leyla ötən ilin noyabrında ailə qurublar. Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.
İkinci dəfə evlənən Fəridin birinci evliliyindən iki oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:32 / 28.06.2022
"Qurd"un hamilə xanımı üçün FHN əməkdaşları ÇAĞIRILDI - FOTO
Hazırda oxunan: "Qurd"un hamilə xanımı üçün FHN əməkdaşları ÇAĞIRILDI - FOTO
Hazırda oxunan: "Qurd"un hamilə xanımı üçün FHN əməkdaşları ÇAĞIRILDI - FOTO
81411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.