Günay İbrahimli: "Dost dediklərim başıma çıxıblar" - VİDEO

Hazırda oxunan: Günay İbrahimli: "Dost dediklərim başıma çıxıblar" - VİDEO

81094

"Dostluq etdiyin insanlar işlədiyin adamlar olmamalıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Dost sarıdan bəxti üzünə gülməyən sənətçi, şou-biznesdəki rəfiqələrindən uzaqlaşdığını və onların etdikləri səhvlərini heç zaman bağışlamayacağını açıqlayıb.

"İllər dostu bir saniyənin işində hər şey qırıb ata bilir. Əlimin duzu yoxdur. Qarşımdakı insanlar pis rəftar edəndə daha çox hörmətli olursan, nəyin ki onu başına tumar, sığal çəkəndə. İnsanlarla qəddar davrana bilmirəm. Dost dediklərim hər zaman başıma çıxıblar. Elə insanlar var ki, onlarla heç zaman barışmaram. Onlar heç yadıma belə düşmürlər. Vaxtım yoxdur ki, onlar yadıma düşsün. Bir insandan ki, elektrik alıramsa onunla dostluq edə bilərəm. Son zamanlar özümə söz vermişəm ki, çalışdığım insanlarla dostluq etməyəcəyəm. İş prinsipində bu məsələ çox vacib amildir".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin