Bir neçə gün əvvəl Bakının qonağı olan Türkiyəli müğənni Rafet El Romanın aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynovla görüş zamanı dialoqu gündəm olub.
Bizim.Media xəbər verir ki, kulis arxasında görüşən ikili "Şourum" maqazin verilişinin kameralarına yaxalanıb.
Hacı Nuranla "xoş-beş" edən sənətçi onun al-əlvan geyimini nəzərdən keçirib, aparıcı deyil, modelyer zənn etdiyini bildirib.
Rafetin "Siz modelyersiniz?" sualına Hacı Nuran "Xeyr, 25 ildir aparıcıyam".
Daha sonra müğənni "Konsertimdə heç aparıcılıq etdinmi?" sözlərinə aparıcı "Konsert aparıcısı yox, televiziya verilişlərinin aparıcısıyam" deyə cavab verib.
Rəşad Əliyev, Bizim.Media