Səidə Sultan: “Ana olmaq istəmirəm” - VİDEO  

Hazırda oxunan: Səidə Sultan: “Ana olmaq istəmirəm” - VİDEO  

80941

“Heç zaman ailə qurmaq istəməmişəm. Bundan sonra da ailə qurmaq istəmirəm. Yaşım artıq 40-a yaxınlaşır. Mən Səidə kimi artıq formalaşmışam. Bundan sonra hansısa bir kişinin nazını çək, paltarını yu, ona bax... Bunlar mənlik deyil. O, mənə desin ki, bunu-onu eləmə. Mən artıq formalaşmış bir insanam. Bundan sonra məni kim dəyişə bilər ki?!”  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

O həmçinin uşaqları çox sevdiyini də söyləyib:  

“Ana olmaq istəmirəm və bunun arzusunda da deyiləm. Bu dünyaya övlad gətirmək istəmirəm. Ən böyük arzum isə 5-dən çox uşaq övladlığa götürməkdir. Onlara mənəvi ana olmaq istəyərəm. Təhsil verim və onların üstündə zəhmətim, əməyim olsun”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin