“Beş aydır ki, bir klinika məni öhdəliyinə götürüb. Həm müayinə, həm də müalicə edirlər. Onlar mənə söz veriblər ki, əlim, ayağım əsməyəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor məşhur aktyor Allahverdi Yolçuyev qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Parkinson xəstəliyinə tutulan sənətkar verilişdə səhhətindən danışıb:
“Həyəcanlananda, stress keçirəndə əsmələrim olur. Amma ötən aylara baxdıqda, bu dörd ay ərzində aldığım müalicələrin müsbət nəticəsini artıq görürəm, fərq var. Yaza bilmirdim, əlim uçurdu, stəkanı əlimə götürə bilmirdim. İndi yavaş-yavaş düzəlir. Xəttim də düzəlib. Vaxtlı-vaxtında müalicələrə getmək lazımdır”.
A.Yolçuyev bildirib ki, müalicəsi üçün lazım olan dərman Amerikadadır. Bu dərmanı əldə etmək üçün isə aktyor okeanın o tayında yaşayan Elariz Məmmədoğlu ilə əlaqə saxladığını açıqlayıb.
“Söylədilər ki, Amerikada bir dərman var, bu xəstəliyin müalicəsində çox kömək edir. Həmin dərmana görə Elarizlə əlaqə saxladım. Dərman çox bahalıdır. 1000 dollar qiyməti var. Bu dərmanı bir ay içdinsə, gərək dayandırmayasan, yenə qəbul edəsən. Amma dərman tam müalicə etmir. Bu xəstəlik daha çox psixoloji vəziyyətlə əlaqələndirilir”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:47 / 24.06.2022
"Parkinson"dan əziyyət çəkən aktyor: "Dərmanım Amerikadadır, qiyməti 1000 dolardır" - VİDEO
Hazırda oxunan: "Parkinson"dan əziyyət çəkən aktyor: "Dərmanım Amerikadadır, qiyməti 1000 dolardır" - VİDEO
Hazırda oxunan: "Parkinson"dan əziyyət çəkən aktyor: "Dərmanım Amerikadadır, qiyməti 1000 dolardır" - VİDEO
80835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.