Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen ikinci dəfə valideyn olacaqları ilə bağlı jurnalistlərə açıqlama veriblər.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, aşiqlər bu məlumatı həkimdən yeni öyrəndiklərini söyləyib.
“Biz də yeni öyrəndik. İnanılmaz dərəcədə həyəcanlıyıq. Biz çox xoşbəxtik. Xəbəri yeni eşitmişik, oğlumuz Karana demək fürsətimiz belə olmayıb.
Əslində, qız və ya oğlan övladının dünyaya gəlməsinin bizim üçün fərqi yoxdur. Yuxusuz gecələrə öyrəşmişik. Karan ilə təcrübəmizi tamamlamışıq”.
Rəşad Əliyev, Bizim.Media