Qardaşına qaraciyərini verən Nərmin: "İmmunitetim zəifdir" - ÖZƏL  

Hazırda oxunan: Qardaşına qaraciyərini verən Nərmin: "İmmunitetim zəifdir" - ÖZƏL  

80743

"Ümumilikdə səhhəti yaxşıdır. Qardaşımın da vəziyyəti normaldır".  

Bu sözləri müğənni Nərmin Kərimbəyova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Qardaşına qaraciyərini verən Nərmin səhhətindən yazdı - FOTO 


Bir müddət əvvəl qardaşı Kamrana qaraciyər donoru olan sənətçi özünün və qardaşının səhhətindən danışıb.  

"Həkimlər mənə dedilər ki, prinsipcə, sən artıq gedə bilərsən, xəstəxanada qalmaya bilərsən. Amma mən onlara cavab verdim ki, özümü yaxşı hiss etmirəm, hətta normal yeriyə bilmirəm. Bakıya birbaşa reys yoxdur.  

Gərək İstanbula gəlim, oradan isə Bakıya uçum. Bu isə çox zamanımı alacaq. Hələ də özümü tam yaxşı hiss etmirəm. Tək gəlmək də istəmirəm. Qardaşımı klinikada tək qoyub, Bakıya necə qayıdım? Təbii ki, yox cavabını verdim. Cavabımı eşidəndən sonra həkimlər fikirlərini dəyişdilər. Dedilər ki, qal, sağalın hər ikiniz.  

Hazırda həkimlərin nəzarətindəyəm. Dərmanları içməyə davam edirəm. İmmun sistemim hələ də zəifdir. Mən sağalmalıyam. Bu isə vaxt aparacaq. Bu əməliyyatdan sonra ən qısa müddətdə belə tez sağalmaq mümkün deyil”.  
Sənətçi əməliyyatdan sonra Kamranın səhhətinin əvvəlki günlərə nisbətdə yaxşılaşmağa doğru getdiyini açıqlayıb.  

"Kamranın səhhəti yaxşıdır. Onun tam sağalması isə şübhəsiz ki, daha uzun sürəcək. Transplantasiya çox mürəkkəb bir əməliyyatdır. Hər an fəsadlar yarana bilər".  

Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin